Ətli çudu resepti

Müəllif: adsiz-a
Şərhlər: 4
Baxılıb: 42 392
Səs ver:
(səs: 4)
Tərkibi:
Xəmir üçün:

Yumurta - 2 ədəd
Süd - yarım litr (südü smetanla da əvəz etmək olar)
Yağ - 150 qr.
Maya və azca duz
Un apardığı qədər

İç üçün:
Qiymə - 500 qr.
Şüyüd - 1 dəstə
Soğan - 2 ədəd
Duz və istiot zövqə görə
Kərə yağı - 500 qr.

Hazırlanması:
Xəmiri yoğurub, acımağa qoy. Soğanları xırda doğrayıb, qiyməni azca yağda bişir. Hazır olandan sonra xırda doğranmış şüyüd, duz və istiot vurub, soyumağa qoy. Xəmir acıdıqdan sonra orta böyüklükdə kündələr et. Yuxa aç. Aralarını yağlayıb, 3 yuxanı üst-üstə qoy. Xəmiri uzunsov kəsib, boru şəklində bük. Arasını açıb, (qoğaldakı kimi) ət qoyub bük. Kənarlarını şəkərbura kimi bağlayıb, duru yağda qızart. 
Əsas: Əgər çudunun içinin tam və yaxşı bişməsini istəyirsənsə, onları yağda qızartmazdan əvvəl 3-4 dəqiqə sobada saxladıqdan sonra bişir. Çalış, üstü qızarmasın.

Nuş olsun!
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 42 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri