Sobada tərəvəzli küftə resepti

Müəllif: ulduz
Şərhlər: 5
Baxılıb: 3 780
Səs ver:
(səs: 1)
Fırında səbzəli küftə qiyməli yeməklərin içində ən faydalısıdır. Günorta yeməyi üçün ideal seçimdir. Çox zaman sərf etmədən həm gözünüzü, həm də Sizi doyuran bir yemək hazırlayacaqsınız.

4 nəfərlik Bişmə müddəti 25 dəqiqə
Tərkibi:
2 ədəd badımcan
2 qabaq
4 pomidor
3 soğan
300 qr dana qiyməsi
2 dilim boyat çörək içi
30 qr marqarin
Duz
qara bibər

Hazırlanması:
Badımcan və qabaqların uc qisimlərini kəsib, halqa şəklində doğrayın. Badımcan dilimlərinin acısını almaq üçün duzlu suda 10 dəqiqə gözlədib süzün. Pomidorları halqa şəklində dilimləyin. Soğanları soyub doğrayın.

Çörəkləri suda yumşaldıb ovun. Qiymə, çörək içi, soğan, duz və qara bibəri qaba qoyub yoğurun. Cəviz böyüklüyündə qiymə qarışığını alıb əlinizlə yuvarlayıb yastılaşdıraraq səbzələrlə eyni böyüklükdə küftələr hazırlayın. Sırayla badımcan, qabaq, küftə və pomidor dilimlərini çox az meyilli – üst-üstə gələcək şəkildə istiyə da-yanıqlı keramik fırın qabına sırayla düzün. Üzərinə kiçik kəsilmiş marqarin parçalarını səpin.

Öncədən isidilmiş 170 dərəcəlik sobada 25 dəqiqə bişirib çıxarın. Qızardılmış kartofla servis edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 780
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri