Gül pelmenlər resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2 472
Səs ver:
(səs: 3)
Tərkibi: 
200 q un
100 q qaynanmış su
duz
qiymə (yaxud kartof və ya digər tərəvəz)
soğan
duz
istiot
 
Hazırlanması:
200 q unu 100 q isti su ilə qarışdırın, azca duz vurub elastik xəmir yoğurun. 

Qiyməni xırda doğranmış soğanla qarışdırın, duz-istiot vurun. (Yaxud, bişmiş kartofu püre halına salıb, kəsmiyi quru meyvələrlə, yaxud göyərti və yumurta ilə qarışdırıb istifadə edə bilərsiniz).
Xəmirdən kiçik kündələr tutun. Yayın. Ortasına iç qoyub, kənarlarını ortaya doğru qaldırıb birləşdirin (4, yaxud 5 "tikiş"). 
 

 
Alınan "tikişlərin" kənarını qaşığın ucu ilə basıb həm bir-birinə yapışdırın, həm də xətt-xətt forma verin. 
 


Sonra "tikiş"lərin sərbəst ucunu, geriyə, əsasa doğru qatlayın, "ləçək" alınacaq. Ortasını da möhkəm qatlayandan sonra mantı qazanına düzüb bişirin. 


 

Nuş olsun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 472
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri