Tərkibi:
500 q qat-qat xəmir
1 yumurta (üzərinə çəkməyə)
iç:
istənilən ət
yumurta
pendir
şirin xardal
xama
paprika
digər sevdiyiniz ədviyyat
Hazırlanması:
İç üçün istənilən (mal, qoyun, toyuq) əti götürə
bilərsiniz. Bişirib soyudun, xırda doğrayın, sürtgəcdən keçirilmiş
bişmiş yumurta, sürtgəcdən keçirilmiş pendir, şirin xardal, bir qədər
xama, paprika və sevdiyiniz digər ədviyyat, duz-istiot vurub
qarışdırın.
Xəmiri 12 kvadrata bölün.
Keks üçün formalara qoyun. Dibini çəngəllə deşin.
İç qoyun. Xəmirin kənarlarına çalınmış yumurta çəkin, için üzərinə təpəcik kimi sürtgəcdən keçirilmiş pendir qoyun.
180-200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə, hazır olanadək bişirin.