Klassik yunan musakası resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 2 688
Səs ver:
(səs: 1)
Tərkibi: 
0,5 kartof
1 ədəd böyük badımcan
400 qr farş (çəkilmiş ət)2-3 ədəd orta boy soğan
2-3 ədəd böyük pomidor
1-2 diş sarımsaq
0,5 st bitki yağı
1 çimdi rozmarin
1 çimdik timyan
Duz, istiot
 
Sous üçün:
1 ədəd yumurta
1-2 x/q un
1 st süd
150-200 qr 20% xama
1 x/q kərə yağı
Muskat qozu
 
Hazırlanması:
Kartofları yuyub qabığını soymadan bişiririk. Ancaq çox bişirmirik.
Kartoflar bişənə qədər badımcanları yuyub nazık dilimlərə doğrayırıq. Qızdırılmış bitki yağında hər tərəfini 4-5 dəqiqə olmaqla qızardırıq. Bir nimçəyə yığırıq.
Soğan və sarımsağı kub şəklində doğrayıb badımcanları qızartdığımız tavaya tökürük və 5 dəqiqə qovururuq. 
Kartoflar bişib soyuyandan sonra qabığını təmizləyirik. Kartof və pomidorları da nazık dairələr şəklində doğrayırıq. Qəlyanaltını bişirəcəyimiz nimçəyə əvvəlcə  doğradığımız kartofun yarısını, üzərindən çəkilmiş əti, sonra qalan kartofu, qızardılmış badımcanı və  pomidoru düzürük.
Tavada kərə yağını qızdırırıq. Unu təxminən 2-3 dəqiqə qızılı rəng alana qədər qovururuq. Diqqətli olmaq lazımdır ki, un topa topa olmasın. Ayrı bir qabda südü qaynara düşənə qədər qızdırıb qovurduğumuz unun üzərinə qarışdırmağı kəsməmək şərti ilə əlavə edirik. 1-2 dəqiqə qarışdırıb ocaqdan götürürük. Xama və yumurta əlavə edirik. Alınmış sousa muskat cevizi, duz və istiot əlavə edirik.
Musakanın üzərindən sousu gəzdirib 180-200 C dərəcədə 30-40 dəqiqə bişiririk.









Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 688
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri