Pendirli məcməyi börəyi resepti

Müəllif: Fi-Ra
Şərhlər: 8
Baxılıb: 4 144
Səs ver:
(səs: 2)
Tərkibi:
6 ədəd yuxa

İçi üçün:
Pendir ( 2-3 növ pendir qarışdırıb istifadə edəndə çox ləzzətli olur)
Cəfəri

Börəyin sousu üçün;
Yarım su stəkanı kərə yağı
1 su stəkanı maye yağ
1 su stəkanı süd
1 yumurta
 
Hazırlanması:
Soba nimçəsi yağlanaraq üstünə 1 dənə yuxa açılır.
 
Hazırlanan sous yuxanın üzərinə sürülür. Bir yuxa parçalara ayrılaraq məcməyiyə sərilir.
Üzərinə bir neçə növ pendir və cəfəri ibarət olan daxili xərcdən qoyulur. Pendirli qatlara sous tökmürük. Üzərində yuxa sərilərək hazırlanan sous təkrar davam edilir. Bir qat daha yuxa sərilir. Pendirli xərcdən səpilir. Üstünə bir qat yuxa sərilir. Hazırlanan sous sürülür.
Üstünə bir qat yuxa sərilir. Son pendirli qat üçün pendirlər səpilir və üzərinə qalan yuxa sərilir. Məcməyinin kənarlarından sallanan yuxa ilə örtülərək börək dilimlərə doğranır.
 
Hazırlanmasını hər mərtəbə üçün yazdığımdan qarışıq gələ bilər. Xülasə, bir qat pendirli bir qat souslu olacaq şəkildə yuxa düzülür.
 
Qalan sosun hamısı börəyin üzərinə tökülür, hər yerinin islanması təmin edilir. Börək ən az 2 saat olmaq üzrə bir neçə saat istirahət etdirilir. Sonra 170-180 dərəcə əvvəlcədən isidilmiş sobada altı üstü qızarana qədər bişirilir.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri