Mayonezli toyuqlu çörək resepti

Müəllif: ulduz
Şərhlər: 6
Baxılıb: 1 949
Səs ver:
(səs: 2)
Tərkibi:
1 ədəd qara və ya ağ çörək
1 ədəd portağal
2 ədəd toyuq sinə filesi
1 çay qaşığı keşniş
1 stəkan mayonez
1 çay qaşığı köri
3 dənə nanə

Hazırlanması:
Çörəyin üzərini kəsərək qapaq şəklində çıxarın. İçini boşaldın.

Toyuq sinəsini qaynadıb, soyutduqdan sonra iri parçalara ayırın.

Portağalın qabığını ağ hissəsilə birlikdə kəsərək soyun. Dilimlədiktən sonra pərdələrini çıxarın.

Mayonez, köri, keşniş və toyuq parçalarını qarışdırın. Hazırladığınız toyuqlu qarışığı çörəyin içinə doldurduqdan sonra, portağal dilimləri və təzə nanə yarpaqları ilə bəzəyin.

Üzərəni qapaq kimi çıxardığınız çörəklə bağlayın, alüminium folyoya sarın. Soyuducuda 2 saat gözlətdikdən sonra süfrəyə təqdim edin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri