Ev şəraitində Lahmacunun hazırlanması resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 434
Səs ver:
(səs: 1)
Tərkibi:
Xəmiri üçün:

4 stəkan un
1 çay qaşığı maya
1 çay qaşığı duz
2 stəkan ilıq su

Üzərinə:
250 qr qoyun əti bişirilməmiş
2 ədəd pomidor
2 ədəd aci bibər
1 ədəd qırmızı bibər
2 çay qaşığı tomat

Hazırlanması:
Suyu, mayanı, duzu bir qabda qarışdırırıq, unu əlavə edərək orta yumşaqlıqda bir xəmir yoğururuq. Üzərini örtərək 30-40 dəqiqə mayalanmasını gözləyirik.
 
İçliyin hazırlanması :
Əti soğanla birlikdə ət çəkən maşında çəkirik, pomidorları süzgəcdən keçiririk . Bibərləri də həmçinin, toxumlu hissəsini təmizləyərək doğrayırıq. Bunların hamısını bir qaba tökürük, duz istiot və tomatı da da əlavə edərək, yaxşı-yaxşı qarışdırırıq.

Açdığımız xəmirın üzərinə nazikcə qarışımdan çəkirik.

Sacda və ya sobada bişiririk. 

Nuş olsun!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri