Dadlı pizza resepti

Şərhlər: 8
Baxılıb: 5 884
Səs ver:
(səs: 4)
Yemək
hazırlamaq üçün vaxtımızın olmadığı zamanlarda üz tutduğumuz əsas hazır
qidalardan biri də pizzadır. Pizzanın digər hazır qidalardan əsas
üstünlüyü daha doydurucu olmasıdır. Biz də bu dəfə sizinlə hamımızın
evdə hazırlaya biləcəyimiz dadlı pizza reseptini bölüşmək istəyirik.



Tərkibi:

2 stəkan yarım un

2 çay qaşığı maya

1 çay qaşığı duz

yarım çay qaşığı şəkər tozu

1 stəkan ilıq su

2 xörək qaşığı zeytun yaği



İçlik üçün:

2 pomidor

2 bibər

Toyuğun doş əti

Pendir



Sous üçün:

İstiot

Duz

Rəndədən keçirilmiş iki pomidor



Hazırlanması:

İndi isə hazırlamağa başlayaq: İlk olaraq ilıq suya maya və şəkər
tozunu əlavə edib qarışdırır onu 15 dəqiqə kimi otaq temperaturunda
saxlayırıq. Daha sonra bu qarışığa un, yağ və duz əlavə edib xəmiri
yoğurmağa başlayırıq. Unu tökərkən bir az diqqətli olmaq lazımdır.
Çalışın ki, xəmir çox bərk olmasın. Əgər bərk olarsa, bir neçə qaşıq su
əlavə edib yenidən xəmiri yoğurun. Yoğurduqdan sonra bir saat kimi onu
isti otaqda saxlayın. Bu müddət ərzində xəmirin içi üçün lazım olan
ərzaqları dördkünc formada doğrayın. Bir saatdan sonra xəmirdən iki
kündə hazırlayıb yayın. Xəmirin üzərində pomidor sousun gəzdirib bir az
əvvəl doğradığınız içliyi sıra ilə düzün. Son olaraq rəndədən keçirilmiş
pendiri pizzanın üzərinə əlavə edib onu 200 dərəcə istilikdə 30 dəqiqə
bişirin. Yarım saatdan sonra pizzanız hazırdır.



Nuş olsun!
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 5 884
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri