Qabaqla toyuq kababı resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 001
Səs ver:
(səs: 1)
Tərkibi (4 pay): 
500 q toyuq fiflesi
1-2 təzə qabaq 
bitki yağı
 
marinad:
1 x.q. bitki yağı
1 x.q. soya sousu
1 ç.q. alma, yaxud  üzüm sirkəsi (limon şirəsi də olar)
1 diş sarımsaq 
0,5 ç. q. bal
ədviyyat (kəklikotu, oreqano, qara küncüt)
duz
istiot
 
Hazırlanması
Toyuq filesini orta boy tikələrə doğrayın. 
Qaba yığıb marinad üçün ərzağı üzərinə tökün, qarışdırıb 20-30 dəqiqə saxlayın. Bir neçə saat da saxlamaq olar, o zaman soyuducuya qoyun. 
Qabaqları tərəvəz bıçağı ilə napnazik uzun dilimlərə doğrayın. 
Duzlayıb 10 dəqiqə saxlayın. 
Taxta şişlərə növbə ilə rulet kimi bükülmüş qabaqlarla toyuq tikələrini düzün. 
Bitki yağını tavada qızdırın. 
Şişləri içinə düzüb orta itilikli odda hər üzünü təxminən 4-5 dəqiqə bişirin.









Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 001
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri