Siyənək sousu ilə kartof resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 2 583
Səs ver:
(səs: 1)
Tərkibi (6 pay):
6 iri kartof
duz
400 q siyənək filesi
1 balaca qırmızı soğan
2 diş sarımsaq
100 q kornişon (xırda xiyar marinadı)
1 dəstə şüyüd
600 q 25%-li xama


Hazırlanması:
Kartofu fırça ilə tərtəmiz yuyun. Bir neçə yerindən diş çöpü ilə deşin. Üzərinə duz və yağ sürtün. Hər kartofu ayrılıqda folqaya bükün.
220 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Hazır olduğunu yoxlamaq üçün diş çöpünü batırın, o, kartofa rahatlıqla girirsə, deməli, bişib.
Sous: siyənəyi, kornişonu, soğanı, sarımsağı və şüyüdü xırda doğrayın. Xama qatıb qarışdırın. Lazım gələrsə, bir qədər də duz əlavə edin.
Hazır kartofu folqadan çıxarın, ortasını çərtib aralayın. Sous töküb süfrəyə verin. Yanında kələm şorbası da verə bilərsiniz.

Siyənək sousu ilə kartof resepti - FOTO RESEPT





Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 583
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri