Ekspress ət qovurması resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 1 966
Səs ver:
(səs: 2)
Bu reseptlə istənilən əti 5 dəqiqəyə qızartmaq olar. Əsas məsələ onu qızartmaya qədər hazırlamaqdır. Bunun üçün bir neçə saat gərək olacaq. Qarnir kimi isə çin üsulu qızardılmış tərəvəz təklif etmək olar.

Tərkibi (2-4 pay):
500 q ət
2 yumurta
1 x.q. xardal
0,5 x.q. kartof nişastası
1 x.q. bitki yağı
1 ç.q. duz
0,5 ç.q. istiot qarışığı
2 ç.q. küncüt

Hazırlanması:
Yumurta, xardal, nişasta, duz və istiotu qarışdırın. Sevdiyiniz ədviyyatı əlavə edin. Əti tikələrə doğrayıb bu qarışığın içinə salın. Soyuducuda bir neçə saat saxlayın. Ən yaxşı variant - 1 gecədir. Amma onu hətta bir neçə gün soyuducuda saxlamaq olar, süfrəyə vermək lazım gələndə isə 5 dəqiqəyə qızaracaq.
Tavada yağı möhkəm qızdırın. Ət tikələrini düzün, üzərinə küncüt səpib o üz-bu üz qızardın.
Qarnir kimi tərəvəz qovurması hazırlamaq olar.
Məsələn, qabaq, badımcan, şirin bibər, yerkökü və pomidordan. Pomidordan savayı digər tərəvəzi uzunasına doğrayın.
İri tavaya çox az miqdarda bitki yağı töküb iti odda bütün tərəvəzləri eyni anda qovurun. Daim qarışdırın. Qıpqırmızı qızaranda 3 x.q. soya sousu əlavə edin. Sevirsinizsə, bol istiot da səpin. Xırda pomidorları da əlavə edin. Onlar qovrulan kimi tərəvəzləri ocaqdan götürün.
Boşqablara əti çəkin, yanına qovrulmuş tərəvəzi düzün.

Ekspress ət qovurması resepti - FOTO RESEPT







Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri