Gül formasında tərəvəz piroqu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 886
Səs ver:
(səs: 2)
Tərkibi:
1 paket hazır qat-qat xəmir
200 q quru lobya (yaxud buğda, noxud, yük üçün)
4 rəngbərəng yerkökü
2 qabaq (ağ və yaşıl)
350 q rikotta (yaxud kəsmik)
2 yumurta
80 q parmezan (yaxud holland pendiri)
2 x.q. zeytun yağı
130 q motsarella
1 çimdik muskat cevizi
1 ç. q. oreqano, yaxud reyhan

Hazırlanması:
Xəmiri formanın içinə yerləşdirin. Artığını kəsin.
Üzərinə perqament çəkin. Perqamentin üstünə quru lobya, yaxud buğda tökün. 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Piroqun dibi hamar olacaq, kənarları isə bir qədər qalxacaq.
Sobadan çıxarıb soyudun, perqamenti üstündəki yüklə birlikdə götürüb kənara qoyun.
Qabda rikotta, yumurta, parmezan, muskat cevizi, oreqano və motsarellanı eynicinsli kütlə alınanadək qarışdırın. Azca duz da qatmaq olar.
Yerkökü və qabaqları napnazik uzun şəridlərə doğrayın. Əgər doğramazdan əvvəl 1 dəqiqə mikrodalğalı sobada saxlasanız, doğramaq lap asan olar.
Yumurta-kəsmik qarışığını piroqun üzərinə yayın.
Tərəvəz şəridlərini büküb qızılgül formasına salın. "Gül"lərdən birini piroqun ortasına qoyun, qalanını isə ətrafına düzün.
Fırçanı zeytun yağına batırıb "gülləri" yağlayın.
200 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri