Limonlu və zeytunlu toyuq

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 900
Səs ver:
(səs: 0)
Tərkibi:
2 çay qaşığı rəndələnilmiş limon qabığı
Dörddəbir stəkan təzə limon suyu
1 yemək qaşığı duru yağ
1 yarım yemək qaşığı doğranmış təzə sarımsaq
4 toyuq sinəsi, sümüksüz və çarpaz kəsilmiş
2 çay qaşığı doğranmış təzə kəklik
Yarım çay qaşığı doğranmış təzə bibər
Yarım çay qaşığı təzə çəkilmiş qara bibər
15 zeytun,tumları ayırd edilmiş
1 böyük nişangah soğan, dilimlənmiş
1 limon, incə dilimlənmiş

Hazırlanması:

Sobanı əvvəlcədən 400 dərəcədə istilədin. Limon qabığı, limon suyu, duru yağı və sarımsağı kilidli bir soba torbasında gözəlcə bir-birinə qarışdırın. Torbanın içinə toyuq parçalarını da əlavə edin və sousa yaxşıca bulanması üçün gözəlcə yelləyin. 15 dəqiqə boyunca, otaq istiliyində marine edin. Marine olan toyuq parçalarını borcama ya da sobada istifadəyə uyğun dulusçuluq bir qaba yerləşdirin. Üzərinə soğanı, kəklik, bibər, qara bibər və zeytunları əlavə etdikdən sonra ən üstə də incə doğranmış limonları əlavə edin və 400 dərəcədə 20 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 900
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri