Körpələr üçün sürpriz kotlet resepti

Şərhlər: 4
Baxılıb: 2 958
Səs ver:
(səs: 0)
Tərkibi:
Kotlet üçün:
400 qram qiymə
1 ədəd yumurta
4 yemək qaşığı suxari
1 çay qaşığı kimyon (tmin)

Qeyd: Qiymə yağsız olduğu təqdirdə 1 yemək qaşığı zeytun yağı əlavə etmək lazımdır.

Sürpriz üçün:
6 ədəd bildirçin yumurtası
2-3 budaq quşqonmaz (bütöv olaraq 5 dəqiqə qaynadılır, sonra soyuq suya salınır)
1 ədət kiçik kök (uzunlamasına kəsilərək sarı hissəsi çıxardılır. 4 uzun parça halında 5 dəqiqə qaynadılıb soyuq suya salınmış)
Qeyd: Quşqonmaz tapa bilməsəniz, yerinə hər hansı başqa səbzə də istifadə etmək mümkündür.

Hazırlanması:

Körpələr üçün sürpriz kotlet xammalları bir qabda qarışdırılır və 4-5 dəqiqə yoğrulur. Duxovka sinisinin içərisinə bu yayılan kotlet “xəmiri” yayılır. İçərisinə sürprizlər yerləşdirilir. Sürpriz yerləşdirilən kotlet xəmiri rulon halına gətirilir.

Duxovka əvvvəlcədən 180 dərəcəyə isidilir.

180 dərəcə isidilmiş duxovkada kotletlər bişirilir. Bişirilmə müddəti təqribən 35-40 dəqiqədir.

Sürpriz kotletlər süfrəyə verilərkən yanında səbzə püresi və pomidorlu sos ilə bəzənə bilər.

Qeyd: Bildirçin yumurtasının faydası:

Heyvan mənşəli proteinlərin təməlini quş yumurtaları meydana gətirir. Sevərək yeyilən yumurtalar, aid olduğu quşun genetik xüsusiyyətlərinə görə bir – birindən fərqlənir. Xüsusi ilə bildirçin yumurtasının protein, ana südü tərkibindəki zülala çox yaxın olduğu təxmin edilməkdədir.

Digər yumurtalara görə tərkibində daha çox amin turşuları olan bildirçin yumurtası, uşaqlarda immun sistemini gücləndirir.

Qeyd: Sürpriz kotlet hazırlayarkən bildirçin yumurtası olmasa, toyuq yumurtası da istifadə etmək mümkündür.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 958
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri