Çıtır toyuq budu

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 3 602
Səs ver:
(səs: 2)
Dadından doymayacağınız, ağzınızda çıtır-çıtır olacaq toyuq budu yeməyə nə deyirsiz?
Qadinla.com xüsusi reseptlə toyuq budunun hazırlanmasını təqdim edir.

Tərkibi:

8-10 ədəd toyuq budu
2 ədəd yumurta
Duz, qara istiot, pul bibər
1 stəkan un
Yarım stəkan qaleta unu
1 stəkan su (yumurtanı çırpmaq üçün)

Hazırlanması:

Qabı su ilə doldurun və qaynadın.Suya duz töküb toyuq budlarını əlavə edin.Digər tərəfdə 2 yumurtanı çırpıb su əlavə edin və qarışdırın.Ayrı qabın içinə un, qaleta unu, duz, qara istiot və pul bibəri əlavə edin.Toyuq budları qaynadıqdan sonra streç kağıza büküb yarım saat saxlayın.Daha sonra toyuq budlarını öncə yumurtaya, sonra unlu qarışığa batırıb qızğın yağda qızardın.Toyuq budlarını isti halda servis edin.

NUŞ OLSUN!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 602
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri