Lavaş piroqu resepti

Müəllif: Narın Yağış
Şərhlər: 9
Baxılıb: 3 622
Səs ver:
(səs: 0)
Tərkibi:
Lavaş- 3 ədəd
Pendir- 300 q
Sadə pendir- 200 q
Yumurta-3 ədəd
Kefir-450 q
Şüyüd- 1 dəstə
Zeytun yağı

Hazırlanması:
İlk öncə yumurtanı çəngəllə yaxşı-yaxşı qarışdırırıq.

Üzərinə kefir əlavə edib yenidən qarışdırırıq.

Başqa bir qabda hər iki pendiri sürtkəcin iri gözündən keçiririk. Şüyüdü xırda-xırda doğrayıb üzərinə əlavə edirik.

Yaxşı-yaxşı qarışdırırıq. Zapekankanı bişirəcəyimiz qabı zeytun yağı ilə yağlayırıq.

Lavaşları şəkildə gördüyünüz kimi qaba yerləşdiririk. Qalan lavaşı xırda-xırda doğruyub yumurtalı kefirli qarışıma əlavə edirik.

Sonra İlk öncə qaba yerləşdirirk.

Sonra üzərinə pendirli qarışım əlavə edirik.

Sonra yenə kefirli qarışıma salınmış lavaş düzürük. Beləcə sıra-sıra düzrük. İçlik bitənə qədər.

Sonda lavaşla üzərini bağlayıb kefirli qarışımın qalanını üzərinə əlav edirik.

200 dərəcədə 30-35 dəqiqə bişiririk. Bir az soyuduqdan sonra qabdan çıxarıb, süfrəyə təqdim edə bilərik.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri