Qırmızı bibər puresi ilə spagetti resepti

Müəllif: Totu
Şərhlər: 7
Baxılıb: 1 626
Səs ver:
(səs: 1)
Tərkibi:
Spaghetti - 450 qr
Zeytunyağı - 2 x.q.
Qırmızı bibər - 450 qr incə dilimlənmiş
Qırmızı soğan - 1 orta boy
Pomidor - 1 ədəd
Şəkər tozu- 1/2 ç.q.
Duz
Qara istiot

Hazırlanması:

Makaronu lazımi qaydada qaynadın. Tavada qızdırılmış zeytun yağının üzərinə bibərləri və soğanları əlavə edərək 5 dəqiqəyə qədər bişirin.
2 stəkan su, dilimlənmiş pomidorları, şəkər tozunu və 3/4 çay qaşığı duzu da bu qarışığa əlavə edərək 15 dəqiqə qaynadın. Bişən sousu bir az soyudub blenderlə püre halına gətirin.
Spagettini süzüb böyük və geniş bir qaba qoyduqdan sonra sousu da onun üzərinə əlavə edərək qarışdırın. Spagettinin sousu içinə çəkməsi üçün 2 dəqiqə gözləyin və daha sonra zövqə görə bəzəyərək süfrəyə verəndə Bon appetit deməyi unutmayın!

Nuş olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri