Tərkibi: 2-3 diş sarımsaq 1 dəstə cəfəri 1 kq toyuq 2 y/q limon suyu İstiot 1/2 ç/q kəklikotu 1/2 ç/q quru reyhan Duz 1/2 stəkan qalet unu 2 y/q zeytun yağı
Servis üçün; Hamburger çörəyi Pomidor Dilimlənmiş kaşar pendiri Xardal sousu
Hazırlanması: Sarımsaqları incə doğrayın. Cəfərini incə doğrayın. Geniş bir kasada toyuq, limon suyu, cəfəri, sarımsaq, istiot, duz, kəklikotu və reyhanı yoğurun. Küftələri formaya salıb, qalet ununa batırıb, boşqaba qoyun. Zeytun yağını qızdırıb, küftələri iki tərəfli 3-4 dəqiqə bişirin. Bütün məhsulları hamburger çörəyinə istədiyiniz sıra ilə düzün.