Tərkibi: Xəmir üçün: 1 kq un, 1 ədəd yumurta, 1 st. süd (və ya qatıq), 3 x.q. şəkər tozu, 1 x.q. maya, 0.5 st. duru yağ, 2 x.q. mayonez
İçlik üçün: kartof, şüyüd, duz,istiot Üzəri üçün: yumurta sarısı
Hazırlanması: Əvvəlcə xəmir üçün qeyd olunmuş ərzaqları bir qaba sıra ilə töküb, xəmir yoğururuq. Xəmiri acıması üçün isti yerdə gözlədirik.
Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün kartofu suda bişiririk. Püre halına salaraq, üzərinə doğranmış şüyüd əlavə edirik. Son olaraq duz, istiot vurub qarışdırırıq.
Xəmir acıdıqdan sonra, qoz boyda kündələr tutub, qalın yayırıq. Üzərinə içlik yerləşdirib, ortadan qatlayırıq. Sonra yenə qatlayıb,soba qabına yan-yana düzürük. Qabda biraz daha saxladıqdan sonra üzərinə yumurta sarısı çəkirik. 180 dərəcə istilikli sobada 20 dəqiqə bişiririk.