Kabaçok dolması resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 154
Səs ver:
(səs: 0)
Tərkibi:
1 boyuk və ya 2 orta kabaçok
150 qr. toyuq əti (sümüksüz)
1 baş soğan
1 kök
50 qr. pendir
3 x.q. günəbaxan yağı
1/2 ç.q. paprika
duz
istiot

Hazırlanması:
Kabaçoku ortadan bölürük. Böyükdürsə 4 yerə bölürük. Ortadırsa 2 yerə bəsdir.
Kabaçokun içinə qaşıqla ovuruq, içi boş olmalıdır. İçliyi atmırıq bizə lazım olacaq.
Kabaçokları soba qabına düzüb 220 derecede 15 dəq. bişiririk.
Bu zaman içliyi hazırlayaq. Soğanı xırda kəsib günəbaxan yağında qızardırıq. Üstünə xırda kəsilmiş toyuq əti əlavə edirik. Kökü sürtkəcdən keçirib əlavə edirik. Kabaçokun içliyini xırda kəsib əlavı edirik. Hamısını yaxşı qızardırıq və ədviyyatları əlavə edirik.
Kabaçoku sobadan çıxardıb içliklə doldururuq. Pendiri sürtkəcdən keçirdib üstünə səpirik. 200 dərəcədə pendir əriyənə kimi bişiririk.
Mən kabaçoku yarıçiy sevirəm, belə daha dadlı və vitaminlidir. Amma siz tam bişmiş istəyirsizsə əvvəlcədən qaynar sudada bişirə bilərsiz. Sonra içini doldurub sobada bişirmək.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 154
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri