Kababı bu dəfə yuxa ilə hazırlayın – RESEPT

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 2 500
Səs ver:
(səs: 0)
Mətbəxdə fərqli ləzzətllər hazırlamaq istəyənlər daim yeni axtarışlar edirlər.
Alışıq olduğumuz yeməkləri fərqli formalarda və dadlarda bişirmək istəyirlər. Qadınla.com Kababı bu dəfə yuxa ilə hazırlayın – RESEPT da bu dəfə sizə fərqli bir yeməyin bişirilmə qaydasını təqdim edir.

Yuxa kababı üçün lazım olanlar
400 qr yağlı qıyma
1 ədəd yuxa
1 çay qaşığı bibər tomatı
5 diş sarımsaq
1 ədədə soğan
2 kasa qatıq (servis üçün)
1 çay qaşığı istiot
1 çay qaşığı duz

Sousu üçün:
3 xörək qaşığı kərə yağı
1 yemək qaşığı pomidor tomatı
2 xörək qaşığı duru yağ

Hazırlanması:
Qıymanı geniş bir qaba qoyub, üzərinə rəndələnmiş soğan və sarımsaq əlavə edin. Tomat və istiot duzu da töküb yaxşıca qqarışdırın. Yuxanı stola sərib iki yerə bölün.
Qarışdırdığınız qıymanı yuxanın geniş kənarına qoyun. Sonra yuxanı rulet şəklində bükün. Eyni prosesi digər yuxaya da tətbiq edin. Yuxaları əvvəlcədən qızdırılmış 200 dərəcəlik ocaqda üzəri qızarıncaya qədər bişirin. Qıymalı yuxalar bişərkən bir yandan sousunu hazırlamaq üçün kərə yağını tavada əridin. Əriyən kərə yağına duru yağı və tomatı əlavə edin. (Sous qatı olarsa az miqdarda su əlavə edə bilərsiniz). Qızaran yuxaları ocaqdan çıxarıb servis boşqabına qoyun. Üzərinə bişən tomatlı sousu gəzdirin. Yanına qatıq qoyaraq isti-isti servis edin.

Nuş olsun
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri