Tərəvəz çubuqları resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 443
Səs ver:
(səs: 0)
Tərkibi:
120 qr noxud
30 qr limon şirəsi
2 diş sarımsaq
70 qr küncüt
60 qr zeytun yağı
1 ədəd xiyar
1 ədəd yerkökü
1 ədəd Bolqar bibəri
1 budaq kərəviz

Hazırlanması:
Ərzaqları hazırlayırıq. İlk olaraq isə, gecədən noxudu suda isladıb səhər onu qaynatmaq lazımdır. Onun suyunu isə bulyon əvəzi saxlayırıq, çünki növbəti addımlarda bizə lazım olacaq.

Noxudun üzərinə limon şirəsi, sarımsaq, duz, küncüt, zeytun yağı və bulyon (100-120 qr) əlavə edib blenderdən keçiririk.

Daha sonra uzunsov şəkildə doğradığımız xiyar, yerkökü və bolqar bibərlərini qarışım üzərinə batırırıq. Fərqli bir dad əldə edəcəyinizə şübhıniz olmasın!

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 443
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri