Göbələkli toyuq dolması resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 124
Səs ver:
(səs: 1)
Tərkibi:
7 ədəd bibər
1 ədəd toyuq əti
300 qr göbələk
150 qr pendir
1 ədəd soğan
5-6 ədəd zeytun
gözəyarı bitki yağı
göyərti

Hazırlanması:
Bibərləri təmizləyir və bölürük. Daha sonra toyuğun döş ətini uzunsov formada doğrayırıq.

Göbələk, soğan və zeytunu xırda şəkildə doğrayırıq. Daha sonra üçünü birlikdə bişiririk. Bişdikdən sonra üzərinə sürtkəcdən keçirdiyimiz pendiri də əlavə etməyi unutmuruq.

Hazırladığımız qarışımı bibərin içərisinə doldurub, 200 dərəcəli sobada bişməyə qoyuruq. Bəzək üçün yanına zövqünüzə görə göyərti də əlavə edə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri