Qaraciyər tortu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 789
Səs ver:
(səs: 1)
Tərkibi:
500 qr. qaraciyər
100 qr. piy ( və ya kərə yağı)
2 ədəd yumurta
2 x.q. un
1 ədəd soğan (orta boy)
2 ədəd kartof (orta boy)
duz, istiot.

Sous:
sarımsaq
mayonez
smetan
göyərti (zövqə görə)

Hazırlanması:
İlk öncə qaraciyer, piy və soğanı ət maşınından, kartofu isə sürtgəcin xırda gözündən keçirdib, üzərinə yumurta, un, duz, istiot əlavə edirik və qarışdırırıq. Tavanı fırça ilə yağlayıb, hazırladığımız qarışımı blinçiklər şəklində bişiririk.
Sous üçün isə sarımsaq, mayonez, smetan və göyərtini qarışdırırıq. Sonra blinçiklərin arasına sous çəkərək, üst-üstə tort formasında yığırıq.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri