Armudla quzu qabırğası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 233
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi:
3 ədəd quzu qabırğası
2 diş sarımsaq
20 qr kərə yağı
1 budaq rozmarin
6 ədəd şabalıd
5-6 x.q. bitki yağı
duz, istiot

Armudun karamelləşdirilməsi üçün:
1 ədəd armud
80 qr şəkər tozu
20 qr kərə yağı
100 ml su

Sous üçün:
½ ədəd qırmızı baş soğan
6 x.q. demiqlas sousu
1 ədəd dəfnə yarpağı
1 x.q. şəkər tozu
2 ç.q. su
duz, istiot

Hazırlanması:
Sousun hazırlanması:
Soğan samanvarı doğranır. Şəkər tozunun üzərinə su tökülüb karamel hazırlanır. Üzərinə soğan, dəfnə yarpağı əlavə edilib zəif odda 5 dəqiqə bişirilir. Qarışığa demiqlas sousu (marketlərdə satılır) tökülür, duz, istiot səpilib 10 dəqiqə qaynadılır.

Ətin bişirilməsi:
Qabırğanın yuxarısındakı ətin nazik hissəsi sümükdən ayrılıb (kəsilmədən) aşağı hissədəki ətin ətrafına dolanır. Sarımsaq əzilir, üzərinə rozmarin budağı, yağ, duz, istiot əlavə edilib qarışdırılır. Qabırğanın üzərinə sarımsaqlı qarışıq tökülür, folqaya bükülüb 2 saat saxlanır. Ət 180 dərəcəyədək qızdırılmış sobada 15-20 dəqiqə bişirilir.
Şabalıd çərtilib duzlu suda bişirilir. Qabığı təmizlənib kərə yağında qovrulur.
Armudun karamelləşdirilməsi:
Armudun qabığı təmizlənir, iki yerə bölünüb özəyi çıxarılır. Şəkər tozunun üzərinə su əlavə edilib karamel hazırlanır. Karamel armudun üstünə tökülür. Üzərinə rozmarin, kərə yağı əlavə olunub zəif odda 10 dəqiqə bişirilir. Ət boşqaba qoyulur, üzərinə sous tökülür, iki yerə bölünmüş armud və şabalıdla servis edilir.

Nuş olsun!

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 233
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
Yemekde wirin dad hec sevmirem,bunu da yeyeceyimi sanmam eslinde...ancaq qurmanlarin beyeneceyi bir yemekdir zennimce.
11 yanvar 2018 19:18
7
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
CANAN
Beyenmedimm.ihhh
8 yanvar 2018 22:35
6
canan qizim sirin seker qizim.
Offline
fiyonik
Armud quzu dadlari qarismis seyleri hec sevmirem
8 yanvar 2018 22:31
5
Offline
tatyana
Lamiye xanımın paylaşdıgı reseptler hemişe qeyri adi reseptler olur,metbexde qeyri adı şeyler hazırlamagı yemesemde prob etmeyi,gözel serviz etmeyi sevirem,odurku bu reseptide beyendim,bir qazan bozbaş bişirmekden bucür az az qeyri adi teamları dadmaq gözeldi
8 yanvar 2018 20:17
4
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
BARBI
Beyenmedim.Cox qarisiq reseptdir.Menlik olmadi
8 yanvar 2018 18:16
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Efsuw2016
bu nədi belə mənniy olmadi nəsə
8 yanvar 2018 17:49
2
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Offline
ayka95
Hec sevmirem meyve qarışıqı olan yemeyleri bunuda heç sevmedim
8 yanvar 2018 17:05
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri