Badımcanla toyuq qanadı qovurması

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 515
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi:
500 q toyuq qanadları
1 badımcan
1 bolqar bibəri
1 baş soğan
1 yerkökü
acı istiot
2 sm zəncəfil kökü
1 diş sarımsaq
2 x.q. soya sousu
turşməzə sous (Blue Dragon)
100 q toyuq bulyonu
qara və ağ küncüt
dəniz duzu
qara istiot
göyərti

Hazırlanması:
Toyuq qanadlarını yuyub aşsüzənə yığın, suyu çəkilsin. Uc hissəsini kəsib atın, oynaq hissədən iki bölün.

Hər iki üzünü tam qızardın. Dərin qaba yığıb ağzını örtün.

Soğanı yarımhalqa, yerkökünü saman kimi doğrayın. Toyuq qanadlarını qızartdığınız tavada azacıq qovurun.

Doğranmış bolqar bibərini əlavə edib 1-2 dəqiqə qovurun.

Barmaqdan azca nazik, uzunsov doğranmış badımcanı əlavə edin. Badımcan hərtərəfli qızaranda toyuq bulyonunu əlavə edin.

Toyuq qanadlarını əlavə edib qarışdırın.

Xırda doğranmış sarımsaq və acı istiotu əlavə edin.

Təmizlənib xırda doğranmış zəncəfil kökünü əlavə edin.

Soya sousu qatın. Turşməzə sous paketinin yarısını əlavə edin. Dadına baxıb duz, istiot vurun, qarışdırın, daha 5-7 dəqiqə bişirin.

Ocağı söndürüb 5 dəqiqə qazanı dəmdə saxlayın.

Süfrəyə verərkən üzərinə qara və ağ küncüt, xırda doğranmış göyərti səpin.

Nuş olsun!

loading...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 515
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Dilaycan
Resept pis deyil ,toyugun istənilə orqanı ilə))bişirmək olar ..
Amma mən ət sevmədiyim ucun mənlik olmadı..
3 fevral 2018 09:36
8
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)

Offline
tatyana
Qanadını atıram cox vaxt zibile cünkü evde kimse sevmir,döş etiyle ederem cox dadlı olar mence,resepti cox beyendim,tşk
2 fevral 2018 22:57
7
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Meleknur
Qanad yerine budda elemey olar deniz duzu, zencefil koku, kuncut falan gereksiz buldum amma bele xowum geldi reseptden yay yemeyi ))
2 fevral 2018 22:03
6
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Offline
fiyonik
Sitat: Sindirella
Çox bəyəndim ela
eynen mende beyendim emi qizi
2 fevral 2018 20:12
5
Offline
BARBI
Sevmirem toyuq qanadini.Beyenmedim resepti
2 fevral 2018 19:46
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
YalniZ-ArZu
Hec sevmiremde toyugun qanadlarini...ancaq dow etin yeyirem,tabaka edende de bel tirini nyam
2 fevral 2018 19:14
3
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Sindirella
Çox bəyəndim ela
2 fevral 2018 18:16
2
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 fevral 2018 18:07
1
Mənim olan bu heart səni çox sevir!!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri