Fərqli dad: Toyuq dolması - RESEPT

Müəllif: Barbaris
Şərhlər: 8
Baxılıb: 4 124
Səs ver:
(səs: 1)
Yeni ləzzətlər sınamaq istəyənlər üçün fərqli reseptimiz var. Qadinla.com sizə ləzzətli toyuq dolmasının hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:
1 ədəd toyuq

İçi üçün:
1 stəkan yarım düyü
2 ədəd soğan
2 stəkan isti su
2 yemək qaşığı kərə yağı
1 yemək qaşığı dolmalıq fıstıq
1 çay qaşığı darçın
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Üstü üçün:
1 yemək qaşığı kərə yağı
1 çay qaşığı limon suyu
1 çay qaşığı istiot

Hazırlanması:

Soğanı doğrayın və yağda qovurun. Daha sonra düyünü əlavə edin və 6-7 dəqiqə bişirin. Dolmalıq fıstığı, istiot, darçını əlavə edin və 3-4 dəqiqə bişirin. İsti suyu tökəndən sonra qapağını bağlayaraq, 10 dəqiqə az odda bişirin. Təmizlədiyiniz toyuğun içinə hazırladığınız plovu doldurun. Kərə yağı, limon suyu və istiotu bir qabın içərisində yaxşıca qarışdırın. Hazırladığınız qarışım ilə toyuğu yağlayın. Sobanı 180 dərəcəyə qoyub təxminən 45 dəqiqə bişirin. Plovla bərabər servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri