Ev şəraitində hazırlanan toyuq sosiskaları

Müəllif: Meleknur
Şərhlər: 4
Baxılıb: 2 593
Səs ver:
(səs: 1)
Uşaqlarınıza könül rahatlığı ilə verə biləcəyiniz ev şəraitində hazırlanan toyuq sosiskasının reseptini təqdim edirik.

Tərkibi:
500 qr toyuq filesi
1 ədəd yumurta
50 qr kərə yağı
100 ml süd
duz
2 çimdik istiot
0,5 çay qaşığı pul bibər
0,5 çay qaşığı keşniş toxumu

Hazırlanma qaydası:

İlk öncə toyuq ətini yaxşıca yuyun. Əti ətçəkən maşınından keçirin və ya blenderlə xırdalayın. Kərə yağı əlavə edib qarışdırmağa davam edin.Yumurta, pul bibər,duz, istiot,keşniş toxumu və süd əlavə edib yaxşıca qarışdırın. Dəzgahın üstünə streç salafan sərin və 2 xörək qaşığı farş qoyub salafanı konfet kimi bükün. Hava qalmaması çalışın sosiskaları sıx bükün. Kənarları sapla bağlayın.Sosiskaları soyuq su dolu qazana əlavə edin 20 dəqiqə zəif odda qaynadın. Hazır sosiskaları 1 çay qaşığı kərə yağı və yaxud bitki yağında qızardın.Sosiskaları isti halda arzu etdiyiniz souslarla birgə süfrəyə verə bilərsiniz.
Suyuna dəfnə yarpağı da ata bilərsiniz

Nuş olsun!

P.S qizlar bundan mamada hazirlayib buzluga bele atmiwdiq cox dadlidi
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 593
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri