Tas kababı resepti

Şərhlər: 4
Baxılıb: 2 399
Səs ver:
(səs: 1)
Tərkibi:
500 qr mal əti
1 ədəd soğan
1 ədəd bibər
2 ədəd pamidor
4 ədəd kartov
2 x.q. tamat
Yağ
Duz, istiot
2 diş sarımsaq
Üstünə bəzək üçün cəfəri

Hazırlanması:
Əvvəlcə mal ətin quş başı doğrayıb qazana töküb oda qoyuruk ət öz suyun verənə kimi qazanın qapaqın örtmürük. Ət suyun verdikdə qazanın qapağını örtüb ətin suyu çəkilənə kimi gözləyirik. Ətin suyu təmiz çəkildikdə ay para doğradığımız soğanları ətin üzərinə töküb qovururuq. Sonra pamidoru sürkəncdən keçirdib ətə əlavə edirik və 5 dəq qazanın ağzı bağlı bir yerdə bişiririk. Sonra kartovu dördkünc doğrayırıq, bibəri uzunsov doğrayıb pamidorun suyu təmiz çəkilməmi yeməyimizə əlavə edib, qarışdırırıq. Duz, istiot, yağ, tamat vurub üzərinə ət bulyonu və ya qaynar su töküb vam odda bişiririk. Yeməyimiz hazır olduqda süfrəyə verərkən istədiyiniz göyərtidən doğrayıb üzərinə səpə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri