Tərkibi:
2 ədəd yumurta
250 qr kəsmik və ya qatıq
2 st. un
2 ç/q sirkədə söndürülmüş soda
2 ç/q birki yağı
duz
zövqə görə ədviyyatlar
içlik qiymə
Hazırlanması:
Xəmir üçün lazım olan bütün ərzaqları qarışdırıb xəmir yoğururuq.
Çox da qalın olmamaq şərti ilə xəmiri yayırıq və üzərinə qiymə çəkirik. İçliyi səpdiyimiz xəmiri rulet formasında bükürük və 1-1,5 sm enində kəsirik. Alınmış hazır şanejləri birki yağında qızardırıq. Həm soyuq, həm də isti şəkildə servis edə bilərsiniz.