Ləzzətli və yüngül yay salatları

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 3 754
Səs ver:
(səs: 0)
İsti yay günlərində yüngül və dadlı təamlara ehtiyac duyulur. Bu təamlar tərəvəz, meyvə, göyərti və s. ola bilər. Amma onları ayrı-ayrı yox, birlikdə yeyəndə daha dadlı, rəngarəng və iştahaçan olur. Salat insana özünü daha yüngül hiss etdirir, eyni zamanda kökəlməyə qoymur.

Mozarella salatı
İçindəkilər:
6 ədəd pomidor
3 ədəd mozarella topu
1 ədəd kiçik soğan
2 diş sarımsaq
Zeytun yağı
1-2 yarpaq reyhan

Hazırlanması:
Pomidorları mozarella toplarını yumru şəkildə dilimləyin. Bir boşqabda sıra ilə pomidor və mozarella dilimlərini düzün. Soğan və sarımsağı soyun, xırda-xırda doğrayın, pomidor və mozarellanın üzərinə səpin. Axırda salatın üzərinə zeytun yağı gəzdirin və reyhan yarpağı ilə bəzəyin.

Makaron salatı
İçindəkilər:
100 qr. toyuğun döş əti
5 ədəd cherry pomidor
60 qr. xırda makaron
1 ədəd kök
1d alma
50 qr. Lobya

Hazırlanması:
Toyuğun döş ətini uzunsov doğrayın, yağsız çəhrayılaşana qədər qızardın. Makaronu yağsız, duzsuz suda qaynadın. Kökü də qaynayan suda bişirin. Bişdikdən sonra kökü kiçik, uzunsov şəkildə doğrayın. Cherry pomidorları 4 hissəyə bölün, almanı da kub şəklində doğrayın. Bir qazan suyu qaynamağa qoyun, lobyanı bişirin. Bütün ərzaqları salat qabına əlavə edin. Bir kasada 1 xörək qaşığı xardal, 1 çay qaşığı üzüm sirkəsi və 1 çay qaşığı zeytun yağından sous hazırlayıb, salata əlavə edin, qarışdırın.

Toyuq və pendir salatı
İçindəkilər:
1 ədəd toyuğun döş əti
Kahı
100 qr. pendir
2 ədəd pomidor
1 ədəd yumurta
14 xiyar
5 x.q soya sousu

Hazırlanması:
Bir qazanda suyu qaynadın. Qaynağa düşəndə yumurtanı suya qoyun. 10 dəqiqə bişirin. Kahını yuyub, kənara qoyun. Pomidorları yuyun, iki hissəyə bölün və içini təmizləyin. Bişmiş toyuq ətini kub şəklində doğrayın. Yumurtanın qabığını təmizləyib, onu da doğrayın. Həmçinin, pomidor və pendiri də. Bütün bunların hamısını qarışdırın və üzərinə soya sousunu, xiyarı dairəvi şəkildə dilimləyib əlavə edin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 754
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri