Nar Bilərziyi salatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 17 909
Səs ver:
(səs: 9)

 
Hazırlanması qaydası.

 

3 ədəd kartof
2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur
3 ədəd yumurta
1 stəkan qoz ləpəsi - xırda-xırda doğranmış
2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti
mayonez (istəyə görə mayonezi xamayla qarışdırmaq da olar)
duz,istot
nar dənələri (təxminən 1 iri nardan)
Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin.
İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında ardıcıllıqla yayın. Hər laya mayonez sürtməyi unutmayın.
Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.
Axırda mayonezi salatıın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun.

NUŞ OLSUN.


(səs: 9)
Şərhlər: 3
Baxılıb: 17 909
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri