Kartof salatı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 839
Səs ver:
(səs: 0)
Tərkibi:
1 kq kartof (Pörtmüş)
2 ədəd böyük boy yerkökü
6 yemək qaşığı zeytun yağı
Yarım bənövşəyi kələm
Yarım dəstə cəfəri (Qiymə)
Yarım dəstə təzə soğan (Qiymə)
Yarım dəstə şüyüd (Qiymə)
3-4 budaq təzə nanə (Qiymə)
Duz, istiot, pul bibər
3 yemək qaşığı pörtmüş qarğıdalı
1 kiçik qab turşu (Kiçik doğranmış)

Hazırlanması:
Bənövşəyi kələmi rəndələyin və 1 çay qaşığı duz əlavə edib, əlinizlə yaxşıca ovsun.
Rəndələnmiş yerkökü və bənövşəyi kələmi 2 yemək qaşığı zeytun yağında inadı keçənə qədər qovurub bir kənarda gözlədin.
Geniş bir qabda pörtmüş kartofa duzu və ədviyyatı əlavə edərək kartof əzici ilə əzin. Qalan bütün materialı əlavə edin. Yaxşıca qarışdırıb streç sərilmiş keks qəlibinə əvvəlcə yerkökülü kələmi yatıraraq sərin. Üzərinə kartoflu xərci yayıb qaşıkla düzləşdirin. Soyuducusunda bir neçə saat saxladıqdan sonra servis qabına tərs çevirərək çıxarın və dilimləyib xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 839
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri