Tərkibi: 6 orta boy yerkökü 3 yemək qaşığı quru üzüm 1 yemək qaşığı qıyılmış təzə zəncəfil 1 şirin qaşığı çörək otu 1 kahı 3 yemək qaşığı şam fıstığı
Sous üçün 3 yemək qaşığı zeytun yağı Yarım limonun suyu Yarım çay qaşığı duz 1 çay qaşığı şəkər tozu
Hazırlanması: Köklərin qabığını təmizləyib rəndənin iri yanıyla rəndələyin. Böyük bir kasaya köçürün. Quru üzüm, qıyılmış zəncəfili əlavə edib qarışdırın. Başqa bir kasada zeytun yağı, limon suyu, duz və şəkəri qarışdırın. Kahını dördə bölün. Daxili hissədə yerləşən kiçik yarpaqlarını böyük bir xidmət qabının içinə düzün. Üzərinə yerkökü köçürün. Dolmalıq fıstıqları çox az zeytun yağı əlavə olunmuş tavada qovurun. Kökün üstünə səpin. Üzərinə sousu gəzdirib çörək otu səpin. Saxlanmadan xidmət edin.