Arıqladan avakado salatı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 886
Səs ver:
(səs: 0)
Tərkibi:
1 dənə avakado
6 yarpaq reyhan
5 dənə çeri pomidor
50 qr kahı, roka, quzuqulağı və ya öz seçiminizə görə bir göyərti
1 dənə balaca boy xiyar
Yarım limonun suyu
50 qr. qaragilə
1 şirin qaşığı kətan toxumu
Bir çimdik duz

Hazırlanması:
Göyərtiləri yuyub salatı edəcəyiniz qaba qoyun. Sonra təzə reyhanları əlinizlə kiçik hissələrə bölərək salatının içinə qoyun. Sonra xiyarı, dördə bölünmüş çeri pomidorları və doğradığınız avakadonu əlavə edin. Son olaraq da qaragiləni əlavə edin.

Salatının sousunu hazırlayarkən yağ qoymuruq. Sous üçün limon suyu, duz və yağ yandırıcı xüsusiyyəti olan kətan toxumunu kiçik bir kasada qarışdırın. Damaq zövqünüzə görə bir az sirkə də əlavə edə bilərsiz. Sousu hazırladıqdan sonra salatın içinə qoyub qarışdırın. Yaxşıca qarışanda bir boşqaba alıb yeyə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri