Cəmi 4 ərzaqdan vitaminli salat resepti

Şərhlər: 3
Baxılıb: 2 111
Səs ver:
(səs: 2)
Yerkökü salatı Türkiyə mətbəxində çox rast gəlinir.  Qarşıdan istilər gəlir. Ona görə sərinləşdirici xüsusiyyəti olan salat sizə xüsusi ləzzət verəcək.

Tərkibi:
•8 ədəd yerkökü
•5 xörək qaşığı zeytun yağı
•Təxminən 2 stəkan qatıq
•4 diş sarımsaq
•Duz
•Doğranmış şüyüd- bəzəmək üçün (mütləq deyil)

Hazırlanması
1.Yerkökülərin qabığını soyun və sürtkəcin iri gözündən keçirin.

2.Tavada zeytun yağını qızdırın. .

3.Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək təxminən 10 dəqiqə bişirin. Yerkökülər bir qədər diri qalmalıdırlar. Təamı soyuması üçün kənara qoyun.

4.Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın və soyumuş yerköküyə əlavə edin.

5. Zövqə görə duz vurun və yaxşıca qarışdırın.

6.Lazımdırsa, bir az da qatıq qatın – salat quru olmamalıdır.

7.Salatı bir az soyuducuda saxlayın.

8.Süfrəyə verməzdən əvvəl, istəyə görə üzərinə şüyüd səpə bilərsiniz. Hətda nanədə.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 111
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri