Pendirli sous resepti

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 130
Səs ver:
(səs: 0)
Tərkibi:
50 qr. kərə yağı
50 qr. un
0,5 lt. süd
duz
istiot
150 qr. istədiyiniz pendir: bu Parmezan, Gouda (Holland pendiri) və s. ola bilər.

Hazırlanması:
1.Dərin və qalın balaca qazanda kərə yağını əridin.
2.İçinə az-az un əlavə edərək qarışdırın. Dibinin yanmasına imkan verməyin. Yoxsa rəngi dəyişər və başka tam verər. 2 dəqiqə beləcə qovurun.
3.Unun içinə az-az soyuq süd əlavə edin və əl çırpanı ilə yaxşıca qarışdırın. Un topları qalmamalıdır. Südü əlavə etməyə davam edin. Un süddə tam həll olduqdan sonra südün qalanını tökün.
4.Orta atəşdə qaynayana kimi qarışdıraraq bişirin.
5.Qaynamağa başlayan zamandan atəşi azaldın.
6.Pendiri sürtkəcdən rəndələyib əlavə edin və dayanmadan qarışdırın.
7. 5 dəqiqə ərzində qarışdıraraq bişirin. Qatılaşanda hazırdır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri