Dadı damağınızda qalacaq blinçik salatı resepti

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 4 346
Səs ver:
(səs: 0)
Tərkibi:
Blinçiklər üçün:
250 ml süd
250 ml su
1 ədəd böyük çuğundur
2 ədəd yumurta
yarım stakan duru yağ
1 çay qaşığı duz
220 qr un

İçlik üçün:
2 ədəd kartof
4 ədəd yumurta
toyuq filesi
göbələk
cəfəri, şüyüd
400 qr xama
100 qr mayonez
duz , istiot

Hazırlanması:
Blinçik xəmirini hazırlamaq üçün ilk öncə çuğunduru blenderlə püre halına gətirin və ya sürtgəcin xırda gözündən keçirin. Bir qabda çuğundur püresinin üzərinə yumurta, duru yağ, duz və un əlavə edib mikserlə yaxşıca qarışdırın. Daha sonra xəmiri blinçik aparatında ya da tavada ocağın üzərində bişirin. Xəmir qurtaranadək blinçikləri bişirin.
İçliyi hazırlamaq üçün kartofu, yumurtanı suda bişirib rəndələyin. Toyuq filesini bişirib didin. Göbələyi azca yağda qovurun.
Göyərtiləri xırda doğrayın. Daha sonra blinçikləri kənarı açılan qaba sıra ilə düzün. İlk qata kartofu yayın və xama yaxıb. Daha sonra blinçik yerləşdirib üzərinə yumurta və göyərti səpib yenidən bir qat blinçik qoyun. Toyuq filesi, göbələk və mayonez yağıb bu qaydayla davam edin. Blinçiklər və içlik bitənə qədər qatlarla düzün. Üzərini zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri