Asan hazırlanan “Malibu” salatı resepti

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 4 853
Səs ver:
(səs: 0)
Evə gələn çağırılmamış qonaq üçün qısa müddətdə ləzzətli salat hazırlaya bilərsiniz. Qadınla.Com çox sadə, hazırlanması çox vaxt aparmayan yüngül və dadlı “Malibu” salatının reseptini təqdim edir.

Tərkibi:
1 dəstə kahı yarpaqları
2 ədəd xiyar
200 qr çerri pomidoru
100 qr pendir
200 qr hisə verilmiş toyuq filesi (və ya qızardılmış,qaynadılmış)
2 xörək qaşığı mayonez
duz
istiot
süfrəyə verdikdə üzərinə 50 qr suxari

Hazırlanması:
İlk öncə kahı yarpaqlarını yuyun. Xiyarların qabığını soyub doğrayın. Pomidorları da 2-3 hissəyə bölün. Pendiri kub şəklində doğrayın. Salatı qarışdıracağınız bir qaba kahı yarpaqlarını, doğranmış xiyar, pomidor və pendiri tökün. Üzərinə hisə verilmiş didilmiş toyuq filesini, mayonez,duz və istiot töküb qarışdırın. Hazır salatı süfrəyə verdikdə üzərinə suxariləri tökün.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 853
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri