Çuğundur və almalı bulqur salatı resepti

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 595
Səs ver:
(səs: 0)
4 porsiya üçün

Ərzaqlar
1/2 stəkan incə bulqur
1 stəkan qaynar su
1 böyük və ya 2 kiçik çuğundur
1 böyük yaşıl alma
1/4 stəkan doğranmış şüyüd
1/4 stəkan doğranmış cəfəri
2 ədəd yaşıl soğan, doğranmış
1/4 stəkan iri doğranmış qoz
1/4 stəkan zeytun yağı
1 ədəd limonun təzə sıxılmış suyu
1 xörək qaşığı narşərab
Duz və istiot
Salatı bəzəmək üçün bir neçə zoğ cəfəri

Hazırlanması
Bulquru orta ölçülü kasaya tökün. Qaynar suyu əlavə edib qaşıqla qarışdırın. Ağzını örtüb bulqur yumşaq olana kimi və suyu tamamilə içinə çəkənə kimi 10 dəqiqə müddətində kənara qoyun. Çəngəllə bulquru qarışdırın. Soyuyana qədər kənara qoyun.
Çuğundurları yuyun, soyun. Sürtgəcin iri gözündən keçirib bulqurun üzərinə əlavə edin.
Yaşıl almanı yuyun, sürtgəcin xırda gözü ilə rəndələyin (qabığını soymayın). Bulqurun üzərinə əlavə edin.
Göyərtiləri və qozu kasaya əlavə edin, qaşığın köməkliyi ilə ehtiyyatla qarışdırın.
Zeytun yağı, limon suyu, narşərab və zövqə görə duz-istiotu da əlavə edin. Qaşıqla qarışdırın.
Kasanın üstünü örtün. Salatı 30 dəqiqəlik müddətə soyuducuya qoyun.
Salatı servis qabına yerləşdirin. Üzərini təzə cəfəri və ya şüyüd ilə bəzəyin və süfrəyə verin.
Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 595
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri