Çuğundur salatı resepti

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 4 240
Səs ver:
(səs: 0)
Tərkibi:
4 ədəd orta ölçülü çuğundur
2 diş sarımsaq 1 ədəd şəkər
3 xörək qaşığı sirkə (alma və ya üzüm)
1 ədəd böyük ölçülü ağ quru soğan
Yarım stəkan konservləşdirilmiş yaşıl noxud
1 stəkan qaynadılmış quru lobya
6 xörək qaşığı zeytun yağı
1 ədəd limon suyu
1 çay qaşığı duz
Yarım çay qaşığı qara bibər
Türk qəhvəsi fincanıyla 1 fincan ilıq su

Hazırlanması:
Lobyaları bir gün öncədən isladın. Yumşalana qədər qaynadıb süzün.
Ağ quru soğanı soyub ortadan ikiyə bölün. İncə yarımay şəklində doğrayıb dərin bir qaba alın.
Üzərinə duz və qara bibər səpib 6 qaşıq zeytun yağının 3 qaşığını əlavə edin.
Yüngül şəkildə soğanı ovun və bir kənara qoyun.
Çuğundurları bol suyla yuduqdan sonra dördə bölərək bir qazana qoyun.
Üzərinə soyulmuş sarımsaqları, sirkəni, şəkəri və 6-7 stəkan suyu əlavə edib yumşalana qədər qaynadın.
Ən azı 30 dəqiqə bişirin. Suyu süzüb soyuması üçün bir kənara qoyun.
Soyuduqdan sonra çuğunduru kiçik doğrayın və dərin bir qaba alın.
Konservləş-dirilmiş yaşıl noxudun suyunu süzüb çuğundura əlavə edin.
Qaynatdığımız lobyaları da salata qatın.
Qalan zeytun yağını və ilıq suyu salatın üzərinə gəzdirib yavaşdan qarışdırın.
Ən son soğanları qatıb servis tabağına alaraq servis edin

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri