Futbol Topu Salatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 834
Səs ver:
(səs: 1)


Tərkibi:

2 banka yağda tuna balığı konservi
400 q bişmiş kartof
350 q pomidor
2 yumurta
2 baş soğan (yaxud göy soğan)
mayonez
duz

Bəzək ücün:

3 yumurtanın ağı
zeytun
göyərti

Hazırlanması:

Balığı çəngəllə əzin. Pomidorları kubik doğrayın. Kartofu təmizləyib kubik doğrayın. Yumurtanı sürtgəcin iri gözündən keçirin. Göy soğanı yarımhalqa doğrayın (baş soğandırsa, xırda doğrayın).
Balığı, kartofu, pomidoru, yumurtanı, soğanı qarışdırın, azca duz vurun.
Mayonez əlavə edib qarışdırın.
Sonra zeytun, yumurtanın ağı və göyərtidən istifadə edərək salatın üstünü futbol topuna bənzədin.

 

 NUŞ OLSUN!!!

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri