Sarımsaqlı Badımcan Kürüsü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 28 715
Səs ver:
(səs: 6)

Tələb olunan ərzaqlar:

badımcan - 2 ədəd 
bolqar bibəri - 1 ədəd 
pomidor - 3 ədəd
soğan - 1 baş
cəfəri - zövqə görə 
sarımsaq - 3 diş 
Hazırlanma qaydası:
1. Badımcanları deşib sobada 180*C-də yumşalana kimi (1-1,5 saat ölçüsündən asılı olaraq) bişirin. Eyni temperaturda bibərləri yarım saat, pomidorları 10 dəqiqə bişirin. Bütün tərəvəzlərin qabığını soyub bir yerdə iri-iri doğrayın. 
2. Soğanı bitki yağında qızardın. Tərəvəzləri əlavə edib vam alovda suyu buxarlanana kimi qarışdıra-qarışdıra qızardın. Duz, doğranmış göyərti və sarımsaq əlavə edin.

3. Hamısını bir yerdə blenderdə əzib yenidən tavaya qaytarın və bir neçə dəqiqə qarışdıra-qarışdıra qızardın.


Nuş olsun!

 

(səs: 6)
Şərhlər: 1
Baxılıb: 28 715
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri