Kəsmikli salat

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 6 072
Səs ver:
(səs: 7)
Tərkibi:
150 q kəsmik
300 q çuğundur 
50 q şüyüd 
50 q cəfəri 
50 q xırdalanmış qoz 
3-4 x.q. mayonez 
1 soğan 
2 bişmiş yumurta 
duz 
zirə - istəyə görə 

Hazırlanması:
Çuğunduru yuyub bişirin. Sürtgəcin orta gözündən keçirin.  Soğanı, cəfəri və şüyüdü xırda doğrayın.  Yumurtaları xırda kub şəklində doğrayın. Kəsmik, yumurta, soğan, qoz, göyərtini qarışdırın, zövqə görə duz və zirə əlavə edib qarışdırın. 
Boşqaba çuğunduru yayın. Üzərinə 1-2 qaşıq mayonez çəkin.  Kəsmikli qarışığı üstünə çəkin. Mayonezin qalanını üstünə çəkin, üzərinə xırda doğranmış göyərti səpin.
Nuş olsun!

/Mənbə: Qadınlar.biz/
(səs: 7)
Şərhlər: 4
Baxılıb: 6 072
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri