Yerkökü salatı

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 6 739
Səs ver:
(səs: 3)

 Yerkökü Salatı (Havuç Salatası) Türk mətbəxinə aiddir. Təcili qonağım gələndə adətən bu salata müraciət edirəm. Olduqca asan və tez hazırlanan salatdır. Əsası da odur ki, xeyirlidir.

 Mən bu salata xırda doğranmış qoz və kişmiş da əlavə edirəm. Çox ləzzətli olur. Sizə də məsləhət görürəm.


Yerkökü salatı (Havuç Salatası)

2-4 porsiya üçün nəzərdə tutulub


Ərzaqlar:

4 ədəd yerkökü

2 xörək qaşığı zeytun yağı
1 stəkan qatıq (çox turş olmasın)
3 diş sarımsaq
zövqə görə sarı kişmiş
zövqə görə xırda doğranmış qoz
zövqə görə duz
zövqə görə istiot

1. Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin.

2. Tavada zeytun yağını qızdırın.  Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək (təxminən 6-7 dəqiqə) bişirin. Bişmiş yerkökülər yumuşaq olsalar da, bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri soyudun.

3. Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın. Soyumuş yerkökünü, kişmiş və qozu bu qarışıma əlavə edin. Zövqə görə duz, istiot vurun və yaxşıca qarışdırın. Salatın daha da sulu olmasını istəyirsinizsə, ona daha çox qatıq əlavə edin.

4. Salatı bir az soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl, bir qaba qoyub, üzərini qara zeytunla bəzəyin.


 

 

Nuş olsun!

/Mənbə: Fəridənin yemək kitabı/

 

(səs: 3)
Şərhlər: 4
Baxılıb: 6 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri