Arıqladan və gözəlləşdirən salat resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 11 019
Səs ver:
(səs: 3)

Xanımlar hər zaman formada qalmağa və təravətlərini qoruyub saxlamağa səy göstərirlər. Bunun üçün müxtəlif pəhrizlərdən, gözəllik məmulatlarından istifadə edirlər.


Tərkibi:
  • 150 q kəsmik
  • 300 q çuğundur
  • 50 q şüyüd
  • 50 q cəfəri
  • 50 q xırdalanmış qoz
  • 3-4 x.q. zeytub yağı
  • 1 soğan
  • 2 bişmiş yumurta
  • duz
  • zirə – istəyə görə

Çuğunduru yuyub bişirin. Sürtgəcin orta gözündən keçirin.

Soğanı, cəfəri və şüyüdü xırda doğrayın.Yumurtaları xırda kub şəklində doğrayın.

Kəsmik, yumurta, soğan, qoz, göyərtini qarışdırın, zövqə görə duz və zirə əlavə edib qarışdırın.

Boşqaba çuğunduru düzün. Üzərinə 1-2 qaşıq zeytun yağı əlavə edin. Kəsmikli qarışığı üstünə çəkin. Üzərinə xırda doğranmış göyərti əlavə edin.

(səs: 3)
Şərhlər: 4
Baxılıb: 11 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri