Bankada çəllək pomidoru

Müəllif: Wiyinka
Şərhlər: 3
Baxılıb: 3 512
Səs ver:
(səs: 2)
Nə vaxtsa çəllək pomidoru yemisiniz? Bəs onu balonda, bankada da hazırlamağın mümkün olduğunu bilirsinizmi? Çox asan konservləşdirmə üsulunu təqdim edirik. Amma saxlamağa sərin yeri olmayanlar üçün məsləhət deyil. 

Tərkibi:

Pomidor
Qarağat, albalı yarpaqları, qıtığotu
Dənəvər istiot
Sarımsaq
Dəfnə yarpağı
Duz
İstiot

Hazırlanması:
Təmiz bankanın dibinə qarağat və albalı yarpaqları, yarım diş sarımsaq, iki-üç dənəvər istiot, dəfnə yarpağı qoyun. Üstündən pomidorları düzün. İstənilən növ pomidor yarayar. Yetişməmişdən tutmuş qıpqırmızı olanınadək. Saplaqlı olsa, lap yaxşı.
Duzlu su hazırlayın: 1 l suya 100-qramlıq qədəhin üçdə biri qədər duz töküb qarışdırın. Bu suyu bankadakı pomidorların üstünə tökün. Üstünə iki qıtığotu yarpağı qoyun, sonra isə plastik qapaqla bağlayın.
Bankanı qaraja, saxlanc yerinə, zirzəmiyə ümumiyyətlə sərin yerə qoyun. 1 aya gəlir. Bu vaxt bir qədər uzana da bilər. Hər şey temperaturdan və pomidorların iriliyindən asılıdır.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 512
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri