Yumurtalı kahı salatı ailənin balaca üzvlərinin sevərək yeyəcəyi salatdır.
Ayrıca günorta yeməklərinin yanında servis edə bilərsiniz.
Yumurta gec həzm olunduğu üçün ax-şam yeməklərində məsləhət görülmür.
6 nəfərlik Bişmə müddəti 15 dəqiqə
İçindəkilər:
1 kahı
bir-neçə ədəd yaşıl soğan
4 qatı bişirilmiş yumurta ağı (üzərini bəzəmək üçün)
Salatın sousu üçün 4 qatı bişmiş isti yumurta sarısı
150 ml süd kremi yarım çay qaşığı şəkər
2 limon suyu duz və qara bibər
Hazırlanması:
Sousu hazırlayın: isti yumurta sarılarını süd kreminin bir hissəsiylə yaxşıca əzərək qarışdırın.
Şəkəri, limon suyunu və qalan süd kremini əlavə edin və hər şey yaxşıca bir-birinə qarışıb düyünsüz hala gələnə qədər çəngəl vasitəsi ilə qarışdırın. Duz və qara bibərlə dadlandırın.
Kahını yuyun, süzün, incə-incə doğrayın. Salat qabına qoyun. Üzərinə incə doğradığınız yaşıl soğanları səpin. Bunun da üzə-rinə hazırladığınız sousu əlavə edin və qarışdırın.
Yumurta ağlarmı halqa-halqa kəsərək üzərini bəzəyin və servis edin.
Qeyd: sousu yumurta sarıları istiykən hazırlamanız daha yaxşıdır. İsti yumurta sarısı süd kremi ilə daha rahat əzilir və qarışır.