Tərkibi:
300 q hisə verilmiş toyuq əti
200 q qara gavalı
400 q şampinyon
2 təzə xiyar
200 q koreya üsulu yerkökü
300 q mayonez
Bəzək:
1 yumurta
10 duzlu kreker
7 ispanaq yarpağı
3-4 turp
duz
istiot
Hazırlanması :
Hisə verilmiş toyuq ətini, qara gavalı və xiyarı saman kimi doğrayın.
Yumurtanı suda bişirib ağını sarısından ayırın.
Göbələyi doğrayın, duz, istiot vurub bitki yağında qovurun.
Qaba lay-lay düzün: ət+mayonez+qara gavalı+qovrulmuş şampinyon+mayonez+xiyar+mayonez+koreya üsulu yerkökü+mayonez.
Bəzək: halqa doğranıb qırmızı kələm suyu ilə rəngi dəyişdirilmiş turpdan "bənövşə"lər düzəldin. Hər "çiçəyin" ortasına ovulmuş yumurta sarısı tökün. İspanaq yarpaqlarını "bənövşə"lərin ətrafına düzün.
Salatın böyrünə duzlu kreker düzün.
Nuş Olsun!